• Səbət boşdur.

Portal Haqqında

eSchola sosial öyrənmə platformasıdır. Aşağıdan ümumi olaraq portal haqqında məlumat ala bilərsiniz. İzahlar linkinə keçid etməklə isə portal funksiyalarının təsvir və izahları ilə tanış ola bilərsiniz.

Müasir Təhsil üçün Sosial Öyrənmə və Öyrətmə Sistemi

Müəllimlər və universitetlər

Sosial media platforması xüsusiyyətləri də olan portal rahatlıqla ənənəvi təhsili virtual məkanda genişləndirməyə imkan verir. 

Korporativ təlim mərkəzləri

Korporativ təlim mərkəzləri və digər bənzər təşkilatlar öz kurslarını portalda yerləşdirə, müştəri cəlb edə bilərlər.

Virtual təhsilə hədəfli özəl funskiyalar

Üzbəüz təhsilin yerini əvəz edəcək effektiv həllər, dərs, modul, imtahan çeşidləri portalda istifadəçilərə təqdim olunur.

Əsas Funksiyalar

Rahat kurs redaktoru

Rahat istifadə oluna bilən ön kurs yaratma və redaktə paneli, müəllimlərin mürəkkəb arxa fon redaktorundan istifadə etməsinə ehtiyac yoxdur.

Kurslardan qazanc

Müəllimlər öz kurslarını çox az komissiya qarşılığında istədikləri qiymətə təqdim edə bilirlər. 

İstifadəçi paneli

Tələbələri məlumatlandırmaq üçün vahid pəncərə. Statistikanın, qrafiklərin, xəbərlərin, yükləmələrin və daha artığının müşahidəsi.

Hərəkətlərin uçotu

Kurslarda istifadəçilərin necə irəlilədiyini, onların nailiyyətlərini rahatlıqla müşahidə etmək mümkündür.

Kursun idarə olunması

Kursun yaradıldıqdan sonra rahatlıqla idarə olunması, tələbələrin hərkətlərinin, qiymətlərinin, statistikanın monitorinqi və daha artıq.

Sertifikatlar

Kursu bitirən tələbə müəyyən səviyyəni keçdiyi təqdirdə avtomatik sertifikat əldə edir. Sertifikat hamıya açıq olur və təsdiqlənə bilir.

İmtahanlar və suallar

Statik və dinamik imtahanlar, manual və avtomatik qiymətləndirilmə, səkkiz növ sual forması.

Yazılı tapşırıqlar

Tələbələr üçün ev tapşırığı və tapşırıq üçün yazıların yüklənməsi. Cavablar müəllim tərəfindən ayrılıqda qiymətləndirilir.

Bildiriş, mesaj və emaillər

30-dan çox hərəkət üçün avtomatik bildiriş sistemi, email göndərilməsi və mesajlaşma funksiyası.

Mobil tətbiq

Portaldakı funskiyaların eynilə mövcud olacağı Android və IOS mobil tətbiqləri üzrə işlərin il sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Loqo

Portalın adı elektron sözündəki “e” hərfinin və latıncada məktəb mənasını verən “schola” sözünün birləşməsi ilə ortaya çıxıb. Loqonun mətndən yuxarıdakı hissəsi isə sanki məktəb binasını elektron məlumat prosessoru şəklində təsvir etməklə portalın adını piktoqrafik olaraq əks etdirir.

Komandamız

Mehran Əmirli
Kənan Mədətli

Mobil Tətbiqlər YAXINDA

Hazırda portalın Android və IOS tətbiqləri üzərində işləyirik. Plan il sonuna kimi tətbiqləri yayımlamaqdır.

Bizimlə əlaqə

Telefon: +994 70 711 4489

Email.

© 2020 eSchola.

Setup Menus in Admin Panel