eSchola sosial öyrənmə platformasıdır. Aşağıdan ümumi olaraq portal haqqında məlumat ala bilərsiniz. İzahlar linkinə keçid etməklə isə portal funksiyalarının təsvir və izahları ilə tanış ola bilərsiniz.
Müasir Təhsil üçün Sosial Öyrənmə və Öyrətmə Sistemi
Müəllimlər və universitetlər
Sosial media platforması xüsusiyyətləri də olan portal rahatlıqla ənənəvi təhsili virtual məkanda genişləndirməyə imkan verir.
Korporativ təlim mərkəzləri
Korporativ təlim mərkəzləri və digər bənzər təşkilatlar öz kurslarını portalda yerləşdirə, müştəri cəlb edə bilərlər.
Virtual təhsilə hədəfli özəl funskiyalar
Üzbəüz təhsilin yerini əvəz edəcək effektiv həllər, dərs, modul, imtahan çeşidləri portalda istifadəçilərə təqdim olunur.
Əsas Funksiyalar
Rahat kurs redaktoru
Rahat istifadə oluna bilən ön kurs yaratma və redaktə paneli, müəllimlərin mürəkkəb arxa fon redaktorundan istifadə etməsinə ehtiyac yoxdur.
Kurslardan qazanc
Müəllimlər öz kurslarını çox az komissiya qarşılığında istədikləri qiymətə təqdim edə bilirlər.
İstifadəçi paneli
Tələbələri məlumatlandırmaq üçün vahid pəncərə. Statistikanın, qrafiklərin, xəbərlərin, yükləmələrin və daha artığının müşahidəsi.
Hərəkətlərin uçotu
Kurslarda istifadəçilərin necə irəlilədiyini, onların nailiyyətlərini rahatlıqla müşahidə etmək mümkündür.
Kursun idarə olunması
Kursun yaradıldıqdan sonra rahatlıqla idarə olunması, tələbələrin hərkətlərinin, qiymətlərinin, statistikanın monitorinqi və daha artıq.
Sertifikatlar
Kursu bitirən tələbə müəyyən səviyyəni keçdiyi təqdirdə avtomatik sertifikat əldə edir. Sertifikat hamıya açıq olur və təsdiqlənə bilir.
İmtahanlar və suallar
Statik və dinamik imtahanlar, manual və avtomatik qiymətləndirilmə, səkkiz növ sual forması.
Yazılı tapşırıqlar
Tələbələr üçün ev tapşırığı və tapşırıq üçün yazıların yüklənməsi. Cavablar müəllim tərəfindən ayrılıqda qiymətləndirilir.
Bildiriş, mesaj və emaillər
30-dan çox hərəkət üçün avtomatik bildiriş sistemi, email göndərilməsi və mesajlaşma funksiyası.
Mobil tətbiq
Portaldakı funskiyaların eynilə mövcud olacağı Android və IOS mobil tətbiqləri üzrə işlərin il sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Loqo
Portalın adı elektron sözündəki “e” hərfinin və latıncada məktəb mənasını verən “schola” sözünün birləşməsi ilə ortaya çıxıb. Loqonun mətndən yuxarıdakı hissəsi isə sanki məktəb binasını elektron məlumat prosessoru şəklində təsvir etməklə portalın adını piktoqrafik olaraq əks etdirir.