Portalda müəllim olmaq sizə portalın təklif etdiyi onlarla elektron təhsil funksiyasına çıxış imkanı verir. Müəllim olmaq üçün aşağıdakı anketlə bizə müraciət etməyiniz lazımdır. Xahiş edirik müraciət etməzdən öncə portalda hesab yaradın. Hesabı vebsaytın sağ yuxarı küncündə yerləşən “Giriş”ə klikləyib yarada bilərsiniz (hesab yaratmaq bir neçə saniyə çəkir).
Müraciətinizi 12-24 saat ərzində dəyərləndirib sizə geri dönüş edəcəyik.
1 iyul 2021-ci ilə qədər portalda yaradılan kurslar üçün kurs komissiyasını 0%-ə endirmişik. Şərt sadəcə odur ki, müəllifə məxsus ümumi məzmunun həcmi 4 GB-ı keçməsin. Bu limitin keçilməsi halında komissiya (0-25% intervalıda) müəllimlə razılaşdırılır (ətraflı).