
Sevindiricidir ki, son vaxtlar internetdə və fiziki olaraq Azərbaycan dilində keyfiyyətli, hərtərəfli, elmi, nəzəri və peşəkar materiallar çoxalmaqdadır. Azərbaycanda da internetin imkanları öz müsbət təsirini göstərir və davamlı yeni məzmunla qarşılaşırıq. Lakin belə məzmundan sistemli olaraq istifadəçilərin faydalana biləcəyi, yaradıcıların isə səmərəli olaraq paylaşa biləcəyi platformalar artan məzmuna adekvat miqdarda deyil.
Məqsəd
Bu səbəbdən indi olduğunuz portalı yaratmaq ideyasını gerçəkləşdiririk. Burada peşəkarlar öz biliklərini kurrikulum / sillabus / proqram / mühazirələrdən ibarət kurslar kimi təqdim edə, maraqlı olanlar isə bu kurslardan faydalana bilərlər. Kurs yerləşdirənlər kursu öz istəyinə görə istər pulsuz yerləşdirə, istərsə də müəyyən bir qiymətə istifadəçilərə təqdim edə bilər.
Funksiyalar
Portalı mümkün olduqca funksional qurmağa çalışmışıq. Rahat müəllim panelində kurslar qurula bilir, müəllimlərə portaldan istifadə ilə bağlı kömək göstərilir, video və digər virtual olaraq saxlanılması pulsuz təmin olunur. Kursdakı dərslərə imtahanlar əlavə edilə bilir, imtahanda tək seçimli, çox seçimli testlərdən istifadə edilə bilir, yazılı tapşırıqlar verilib qiymətləndirilə bilir.