• Səbət boşdur.

Kurs komissiyalarına endirim

Kurslardan tutulan komissiyalara endirimimiz haqqında.

Növbəti – 2021-ci ilin 1 iyul tarixinə qədər portalda yerləşdirilmiş kurslar üçün komissiyanı 0%-ə* endiririk!

Portalın əsas məqsədi hamının öz bilik və təcrübəsini öyrənmək istəyənlər üçün bölüşə biləcəyi bir platforma olmaqdır. Portalın davaml işləyişini təmin etmək və xərcləri qarşılamaq üçün vəsaitə ehtiyac var deyə müəllimlərin satışlardan əldə etdiyi gəlirlərinin müəyyən bir hissəsini götürmək məcburiyyətindəyik. Lakin 1 iyul 2021-ci il tarixinə qədər bu faizi 0% kimi müəyyən edirik. Hesab edirik ki, bu həm hamıya lazım olduğu qədər kurslarda məzmun yerləşdirmək imkanı verər, həm də xərclər beləcə hələ ki özümüzün qarşılaya biləcəyimiz həddi keçməz. Məzmun həcmi 4 GB-ı keçəcəyi halda hər bir müəllimlə şəraitə müvafiq olaraq ayrıca razılaşacağıq. Güzəştlə çərçivəsində yekun məbləğin müəllimə köçürülməsi ilə bağlı çəkilən xərclər (məsələn köçürmə üzrə bank komissiyası və s.) müəllimdən çıxılır, yəni müəllimin hesabına ödənilir.

1 iyul 2021-ci ilə kimi isə endirim müddətindən sonrakı komissiyaları elan edəcəyik. Amma istənilən halda bu tarixə kimi endirim şərtləri daxilində yerləşdirilmiş kurslardan heç vaxt komissiya tutulmayacaq. İlkin olaraq satışlardan tutulan faizi 0-25% intervalında düşünürük. Daha dəqiq qərar verməyimiz üçün statistik məlumatlara ehtiyacımız olacaq.

Elə indi qeydiyyatdan keçib portalda öyrətməyə başlaya bilərsiniz. Portalın funksiyaları barədə buradan izah və təsvirlərə baxa bilərsiniz. Hər hansı sualınız olduğu halda saytın sol aşağı küncündəki çatla bizimlə əlaqə yarada bilərsiniz.

 

 


*Bir şərtlə ki, yerləşdirilmiş kurs(lar)dakı məzmun 4 qeqabaytı (GB; 4096 meqabayt)-ı keçməsin. Bu endirmə güzəşt çərçivəsində müəllimə yekun ödənişlərin edilməsi ilə bağlı çəkilən xərclər daxil deyil və həmin xərclər müəllimin satışlardan əldə etdiyi gəlirdən çıxılır, yəni bu xərclər müəllimin hesabına ödənilir. Bu endirim hüquqi şəxslər və ya təşkilatlar, yaxud da həmin şəxslər adından çıxış edən fiziki şəxslər üzrə tətbiq olunmur. Bu halda razılaşma üçün saytdakı canlı çatdan yaxud da bu emaillə bizə yazın.

09.09.2020

Mobil Tətbiqlər YAXINDA

Hazırda portalın Android və IOS tətbiqləri üzərində işləyirik. Plan il sonuna kimi tətbiqləri yayımlamaqdır.

Bizimlə əlaqə

Telefon: +994 70 711 4489

Email.

© 2020 eSchola.

Setup Menus in Admin Panel