• Səbət boşdur.

Kurs parametrləri – Tənzimləmələr

Kurs Tərtibatı panelindəki ikinci pəncərə ilə kursun əsas parametrləri tənzimlənir. Pəncərə aşağıdakı kimi görünür:

 

1. Şərti kurslar
Birinin yaratdığınız kursa qoşulması üçün başqa bir kursu bitirməsi şərtini qoymaq istəyirsinizsə, bu funksiyanı aktivləşdirə bilərsiniz.

2. Kilitlər
Bir dərs və ya modul bitmədən irəliləyişi əngəlləmək istəyirsinizsə, bu funksiya onun üçündür. Bu funksiya aktivləşdirildikdə tələbə bir dərsi bitirməmiş növbətisinə keçə bilmir.

3. Oflayn kurs rejimi
Ola bilər ki, dərslər fiziki olaraq keçirilsin. Məsələn, tələbə kurs proqramını bəyənib kursu alır, amma dərslər görüşlərlə keçirilir. Bütün məmunu portala yerləşdirəcəksinizsə, bu funskiyanı keçə bilərsiniz.

4. Mərhələli paylaşım
Bu funksiya dərslərin müəyyən edilən aralarla paylaşıla bilməsinə imkan verir. Məsələn ola bilər müəllim istəsin ki, hər həftə bir dərs tələbə üçün aktivləşsin.

5. Kurs sertifikatı
Kursu uğurla tamamlamış tələbə kurs sertifikatıl əldə edir ki, bu sertifikatın mövcudluğu portalda sertifikat kodu ilə təsdiqlənə bilir. Sertifikat şablonunun təyin edilməsi üçün portal inzibatçısı ilə əlaqə saxlamaq lazımdır.

6. Kurs nişanı
Bu funksiya sertifikatla oxşardır; kursu bitirəndə bu nişan tələbəyə verilir. Lakin portalda bu funksiyanın geniş tətbiqini planlaşdırmırıq deyə bunu keçə bilərsiniz.

7. Kursa yenidən başlama imkanı
Tələbələrə aldıqları qiymətlərlə kursu keçə bilmədikləri hallarda kursu yenidən başlamaq imkanı verir. 

8. Kurs təlimatları
Bu, kursu başlayan tələbənin ilk gördüyü mesajdır. Burada xüsusi təlimatlarınızı yaza, yaxud da nəsə xahiş edə bilərsiniz.

9. Bitirmə mesajı
Tələbə kursu yekunlaşdırdıqda burada yazacağınız mesajı görür.

10.08.2020

Mobil Tətbiqlər YAXINDA

Hazırda portalın Android və IOS tətbiqləri üzərində işləyirik. Plan il sonuna kimi tətbiqləri yayımlamaqdır.

Bizimlə əlaqə

Telefon: +994 70 711 4489

Email.

© 2020 eSchola.

Setup Menus in Admin Panel