Kurs yaratma funksiyası müəllimlər üçün profillərində mövcud olur. Kurs tərtibatına başalamaq üçün sadəcə “Kurs Yarat” pəncərəsinə keçid etmək lazımdır.

Kurs yaratma funksiyası işə salındıqdan sonra açılan ilk pəncərədə aşağıdakı parametrləri müəyyənləşdirirsiniz:
1. Kurs şəkli və videosu
Bu şəkil və video portaldakı bütün kursların kataloqunda və tək kurs səhifəsində görünür. Şəkil xanasına kliklədikdə şəkil yükləmə seçimləri qarşınıza çıxır. Şəkil seçildikdən sonra video yükləmə funksiyası aktivləşir.
2. Kurs kateqoriyası
Bu bölmədə kursunuza aid kateqoriyanı seçə bilər, ya da yenisini yarada bilərsiniz. Kurslar kataloqlarda kateqoriyalarına görə filtrlənə bilir.
3. Kurs adı və təsviri
“Kursun Adı” bölməsində adı yazdırsınız. Ad bölməsindən aşağıda kursun xülasəsini yaza biləcəyiniz xana var. Burada mümkün olduqca qısaca kursu təsvir edirsiniz. Bu mətn kataloq və tək kurs səhifələrində kurs adının altında görünür. Kursun qısa təsvirinə nəsə yazdıqda kursun ətraflı təsviri xanası aktivləşir. Burada artıq daha geniş kursu təsvir edə bilərsiniz.

4. Kurs müddəti
Kursa qoşulanların kursa girişinə vaxt məhdudiyyəti qoymaq istəyirsinizsə, “Kurs Müddəti” funksiyası bunun üçündür. Müddəti məhdudlaşdırmaq istəmirsizinizsə, mövcud parametri dəyişməyin.
5. Tələbə sayına məhdudiyyət
Bu funksiya ilə kursa qoşula bilən tələbələrin sayına məhdudiyyət qoya bilərsiniz. Müəllimdən çox iş görmək tələb olunmadığı halda tövsiyə olunmur.
6. Kurs başlama tarixi
Kursun gələcəkdəki hansısa bir tarixdə başlamasını istəyirsinizsə, həmin tarixi bu funksiya ilə müəyyən edə bilərsiniz.
7. Avtomatik qiymətləndirmə
Bu funksiyanı aktiv etdikdə kursa yerləşdirdiyiniz imtahan sualları təmin etdiyiniz cavablara görə avtomatik qiymətləndirilir (yazılı tapşırıqlara aid deyil).
Aşağıdakı videoda tərtibatın başlamasını və kurs redaktorunun pəncərələrini izləyə bilərsiniz: