• Səbət boşdur.

Məxfilik Siyasəti

Portalda fərdi məlumatların istifadəsi və emalı üzrə məxfilik siyasəti bu səhifədə verilir.

Məxfilik Siyasəti

1. Ümumi müddəalar

1.1. Bu Məxfilik Siyasəti tərəfinizdən eschola.net portalına (bundan sonra “portal” və ya “veb sayt” olaraq adlandırılacaqdır) təqdim olunan məlumatların istifadə olunması və onların mühafizəsi qaydalarını müəyyən edir. Portal vasitəsilə təqdim olunan bütün fərdi məlumatlar hazırkı Azərbaycan Respublikasının fərdi məlumatların qorunması üzrə qüvvədə olan qanunlarına, portalın istifadə sahəsi üzrə tətbiq olunan işgüzar adətlərə və bu Məxfilik Siyasətinə əsasən tənzimlənir.

1.2. Bu Məxfilik Siyasətində “biz”ə edilən istinadlar portala mübasibətdə və “siz”ə edilən istinadlar isə fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur.

 

2. Fərdi xarakter daşımayan məlumatlar

2.1. Portal bir qayda olaraq veb və ya internet brauzerlərin və serverlərin təqdim etdikləri və fərdi xarakter daşımayan məlumatları toplayır (məsələn, brauzer növü, dil seçimi, müraciət olunan sayt, istifadəçinin daxil olduğu tarix və vaxt və s.). Fərdi xarakter daşımayan məlumatların toplanmasında əsas məqsəd portal istifadəçilərinin portaldan necə istifadə etdiklərini başa düşmək və ən yaxşı şəkildə sizə xidmət etməkdir.

2.2. Bəzi hallarda portalın əsas trendləri və ya kateqoriyaları barədə məlumat paylaşmaq məqsədilə fərdi xarakter daşımayan məlumatlar ümumiləşdirilmiş və ya anonim şəkildə açıqlana bilər (məsələn, statistik təsvir üçün).

2.3. Eschola.net, həmçinin, potensial olaraq fərdi məlumatlar qismində müəyyən edilə biləcək məlumatları da (məsələn, İnternet Protokolları – IP) toplayır. IP ünvanları portal istifadəçisinə fərdiləşdirilmiş xidmət göstərmək üçün toplanır və aşağıda qeyd olunan fərdi məlumatların istifadə olunması və açıqlanması halları xaricində bu cür məlumatlar açıqlanmır.

 

3. Fərdi məlumatların toplanılması

3.1. İstifadəçilər portaldan istifadə edərkən istifadəni və ya portalın funksionallığını təmin etmək üçün lazım olduqda fərdi məlumatların toplanılması tələb olunur. Belə fərdi məlumatların növü və həcmi veb saytda aparılan əməliyyatların və sizə göstərilən xidmətlərin xarakterindən asılıdır. Məsələn, istifadəçilərdən qeydiyyat üçün istifadəçi adı, e-poçt, mobil telefon və s. kimi fərdi məlumatların təqdim olunması tələb olunur.

3.2. Eschola.net fərdi məlumatları yalnız veb sayt istifadəçisinin ondan istifadə etməsi üçün zəruri olan həcmdə toplayır.

3.3. Fərdi məlumatları təqdim etmək istəməyən istifadəçilər belə məlumatları təqdim etməyə bilərlər. Bu zaman nəzərə alınmalıdır ki, fərdi məlumatların daxil edilməsini tələb edən funksiyalardan istifadə mümkün olmayacaqdır.

 

4. Fərdi məlumatların açıqlanması

4.1. Eschola.net fərdi məlumatları və potensial fərdi məlumatları üçüncü şəxslərə və ya qurumlara satmayacaq və ya ötürməyəcəkdir və bu şərt üzrə yalnız özünün istifadəsində olan fərdi məlumatlara görə cavabdehdir.
4.2. Eschola.net yalnız qüvvədə olan qanunvericiliklə tələb olunan hallarda, eləcə də sizin bu cür məlumatı açıqlamağa razılığınız olduğu təqdirdə qeyd olunan məlumatları açıqlaya bilər.

 

5. Fərdi məlumatların istifadəsi

5.1. Tərəfinizdən təqdim olunan məlumatlar istifadəçi qeydiyyatı, kurslarda iştirak, yeniliklərin əldə olunması, yəni sizinlə portal yeniliklərinin və kampaniyalarının paylaşılması və digər oxşar məqsədlər üçün istifadə olunur.

5.2. Razılıq verdiyiniz təqdirdə sizə vaxtaşırı olaraq portalın yeni xüsusiyyətləri, yeni kurslar, təkliflər, kampaniyalar və digər yeniliklər, eləcə də marketinq məzmunlu e-poçtlar göndərilə bilər.

5.3. Siz bizə hər hansı sorğu (məsələn, hər hansı dəstək, yaxud rəy məzmunlu) göndərdiyiniz təqdirdə sorğunuzun aydınlaşdırılması və ya ona cavab verilməsi və ya digər istifadəçilərin oxşar məzmunlu sorğularına cavab olması bu cür sorğuları dərc etmək hüququnu özümüzdə saxlayırıq.

5.4. Eschola.net fərdi məlumatların və potensial fərdi məlumatların icazəsiz əldə olunmasından, istifadəsindən, dəyişdirilməsindən və ya məhv edilməsindən qorunmaq üçün imkanı daxilində olan bütün zəruri tədbirləri görür.

 

6. Məlumatlara çatımlılıq
Sizin barənizdə toplanılmış məlumatları əldə etmək hüququnuz vardır. Əgər Eschola.net platformasında təqdim etdiyiniz məlumatların nüsxəsini əldə etmək istəyirsinizsə, ya bunun üçün portaldakı müvafiq funksiyanı istifadə edə, ya da bizə elektron qaydada müraciət edə bilərsiniz.
7. Fərdi məlumatların saxlanılması

7.1. Fərdi məlumatlar sistemimizdə veb saytın fəaliyyətinin təmin olunması üçün zəruri hesab etdiyimiz müddət boyunca saxlanır. Əlaqə vasitəsi barədə məlumatlar hesabınız silinənə qədər, habelə siz belə məlumatların silinməsini tələb edənə qədər saxlanır.

7.2. Portalda təqdim olunan bank məlumatları tərəfimizdən saxlanılmır. Bu cür məlumatlar yalnız kurs ödənişlərini etmək məqsədilə müvafiq üçüncü tərəf bank və ya prossesinq mərkəzi tərəfindən emal olunur.

 

8. Üçüncü tərəf bağlantıları

8.1. Portalda birbaşa bizdən asılı olmayan və üçüncü şəxslər tərəfindən təmin olunan digər veb saytlara bağlantılar ola bilər. Bu cür bağlantı əsasında üçüncü şəxs veb saytına məlumat təqdim etdikdə təqdim olunan məlumat üçün Eschola.net heç bir məsuliyyət daşımır.
8.2. Portal Amazon Web Services tərəfindən təqdim olunan sistemdə fəaliyyət göstərir və buna görə də, portaldakı məlumatlar Amerika Birləşmiş Ştatlarında saxlanılır. Portaldakı məzmunun daha sürətli çatdırılması üçün məlumatlar bəzən elə bu xidmət təchizatçısı tərəfindən dünyanın müxtəlif yerlərindəki məzmun paylayıcı şəbəkələrdən keçirilməklə çatdırıla bilər.
8.3. Bundan əlavə, portala müxtəlif sosial şəbəkə hesabları vasitəsilə asan girişi təmin etmək üçün Google Firebase xidmətlərindən istifadə olunur. Google Firebase də öz növbəsində sosial şəbəkə hesabları vasitəsilə etdiyiniz girişləri qeydə almaq və portalda aktiv qalmağınız üçün təqdim etdiyiniz fərdi məlumatlardan istifadə edə bilər.
8.4. Hazırkı Məxfilik Siyasəti yalnız www.eschola.net ünvanına münasibətdə tətbiq olunur.

 

9. Ümumiləşdirilmiş statistika

Eschola.net istifadəçilərin hərəkətləri ilə bağlı statistik məlumatlar toplaya bilər. Bu cür məlumatlar əsas etibarilə kursların növləri, kateqoriyalar, kurs müəllimləri və s. barədə istifadəçilərin seçimlərini əks etdirən ümumiləşdirilmiş statistik məlumatları əks etdirir. Buna baxmayaraq, Eschola.net 4-cü bənddə qeyd olunan hallardan başqa, məlumatları heç bir üçüncü şəxsə və ya quruma açıqlamır.

 

10. Çərəzlər (cookies)
Bundan əlavə, portalın funksionallığını təmin etmək üçün portaldan istifadə barədə məlumatlar çərəzlər və ya ingiliscə “cookies” olaraq avtomatik qaydada toplanır (məsələn, giriş sessiyasının hesablanması üçün lazım olan məlumatlar). “Cookies” standart brauzer keçmişi və istifadəçi hərəkətləri ilə bağlı kompüterlərdə, telefonlarda və ya internetə çıxışı olan digər cihazlarda toplanan mətn fayllarıdır. Bu məlumatlar veb saytın istifadəçilərinin hərəkətlərini izləmək və veb saytın fəaliyyəti ilə bağlı statistik hesabatlar hazırlamaq məqsədilə istifadə olunur.


11. Məxfilik Siyasətinə Dəyişikliklər
Vaxtaşırı olaraq Məxfilik Siyasəti yenilənə, ona əlavələr edilə və ya onda müəyyən dəyişikliklər edilə bilər. Məxfilik Siyasətinə edilən bütün dəyişikliklər müvafiq olaraq platforma istifadəçilərinə e-poçt vasitəsilə təqdim olunacaqdır. Bu cür dəyişikliklərdən sonra platformadan istifadə etməyiniz sözügedən dəyişiklikləri qəbul etməyinizin sübutu qismində çıxış edəcəkdir.


12. Əlaqə
Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız yarandıqda, yaxud əlavə məlumat almaq istədikdə əlaqə səhifəsi vasitəsilə müvafiq sorğu göndərməyiniz kifayətdir.

Mobil Tətbiqlər YAXINDA

Hazırda portalın Android və IOS tətbiqləri üzərində işləyirik. Plan il sonuna kimi tətbiqləri yayımlamaqdır.

Bizimlə əlaqə

Telefon: +994 70 711 4489

Email.

© 2020 eSchola.

Setup Menus in Admin Panel