• Səbət boşdur.

İstifadə Şərtləri

Eschola portalından istifadəni tənzimləyən şərtlər bu səhifədədir. 

Mündəricat

Bu İstifadə Şərtləri (“istifadə şərtləri” və ya “şərtlər”) istifadəçi ilə, yəni sizinlə “eschola.net” internet portalı, yəni bizim aramızdakı münasibətləri tənzimləyən müqavilədir. “eschola.net” internet portalı onlayn bu şərtlərin imkan verdiyi həddə öyrətmə və öyrənmə platformasdır. İstifadəçi portal vasitəsilə göstərilən xidmətləri və ya portalın təqdim etdiyi funksiyaları istifadə etməklə bu şərtlərlə razılığını bildirmiş olur. Şərtlərlə razı olmadığı təqdirdə istifadəçi istifadəni dərhal dayandırmalıdır.

Portalın missiyası hər kəsin sahib olduğu peşəkar və ya akademik bilik, savad və bacarığı kurs formatında pulsuz və ya pullu təqdim etməsinə imkan yaratmaq və hər kəsin mövcud kurslar vasitəsilə yeni bilik, savad və bacarıq öyrənmək və ya mövcud bilik, savad və bacarığını təkmilləşdirməsinə şərait yaratmaqdır. İstifadə şərtlərinin məqsədi portalın davamlı fəaliyyətini təmin etməkdir.

1. Hesabın açılması

Qeydiyyatdan keçərkən qeydiyyat səhifəsindən şərtlərə keçib  tanış olmaq üçün müvafiq keçid (hiperlink) təmin olunur. İstifadəçi portalda hesab açmaqla və ya portaldan hər hansı formada istifadə etməklə təsdiq edir ki, portaldan istifadə etmək üçün istifadəçinin bu zaman mövcud olduğu dövlətin qanunvericiliyi ilə portaldan istifadə etməyə hüququ vardır.

2. Hesab

İstifadəçi portalın müəyyən funksiyalarından istifadə etmək üçün hesabını qeydiyyatdan keçirməlidir. Qeydiyyatdan keçərkən istifadəçi hesab üçün şifrə müəyyən etməlidir. İstifadəçi bu xüsusda hesabının və şifrəsinin məxfiliyinin təmin olunmasına və saxlanmasına, habelə açılmış hesab və müəyyən olunmuş şifrə ilə aparılan bütün əməliyyatlara görə şəxsən məsuliyyət daşıyır. İstifadəçi portalda qeydiyyat zamanı daxil edilən, o cümlədən sonradan tələb və müvafiq olaraq təqdim olunan məlumatların düzgünlüyünə, dəqiqliyinə, cariliyinə və tamlığına təminat verir, bu məlumatlarda hər hansı dəyişiklik olarsa portalda müvafiq olaraq yeniləməyə razı olur. İstifadəçinin hesab məlumatlarının və ya şifrəsinin oğurlanması zamanı istifadəçi eschola.net/contact səhifəsi vasitəsilə portal inzibatçısını məlumatlandırmalıdır.

3. Öyrənmə üçün istifadə

Portalda istənilən şəxslərin, o cümlədən hər hansı təhsil müəssisəsində müəllim kimi işləyən şəxsin kurs tərtib edib yayımlaması mümkündür. Belə şəxslərin təqdim etdiyi kurslardan istifadə portalı təhsil müəssisəsi etmir.

4. Beynəlxalq serverlər və fərdi məlumatlar

Portal inzibatçıları və serverləri Amerika Birləşmiş Ştatlarında, Azərbaycan Respublikasında və digər ölkələrdə fəaliyyət göstərir və ya yerləşir. İstifadəçi onun fərdi məlumatlarının, habelə portaldakı bütün digər məzmun və məlumatların portalın funksionallığının imkan verdiyi həddə bu ölkələrdə toplanması, ötürülməsi, istifadəsi, saxlanması və emalına razılıq verir.

5. Məxfilik Siyasəti

Portalın Məxfilik Siyasəti şərtlərin ayrılmaz tərkib hissəsidir. İstifadəçi Məxfilik Siyasətini oxumalıdır. İstifadəçidən gözlənilir ki, Məxfilik Siyasətindən xəbərdar olsun. Digər xüsuslarla birlikdə Məxfilik Siyasəti istifadəçinin fərdi məlumatlarının necə idarə olunmasından, portaldan istifadə zamanı məxfiliyin necə təmin olunmasından bəhs edir.

6. Şərtlərdə dəyişiklik edilməsi

İstifadəçi hesabından istifadə edərkən şərtləri portalda mövcud olduğu kimi qəbul edir. Portal inzibatçısı və ya sahibi öz mülahizəsinə görə şərtlərə istənilən vaxt dəyişiklik edə bilər. Hesab açdıqdan sonra dəyişikliklərdən mütəmadi xəbərdar olmaq üçün istifadəçi şərtlərin olduğu səhifəni davamlı yoxlamalıdır. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçinin məlumatlandırılması üçün hesaba bağlı emailə göndəriş, portalda şərtlər səhifəsində paylaşım və digər bu kimi vasitələrlə ağlabatan dərəcədə səy göstəriləcəkdir.

7. İstifadəçi paylaşımları

Hər bir istifadəçi portaldakı funksiyalardan istifadə etməklə müəyyən məzmun yaradır. Məsələn, tələbələr müzakirələrdə iştirak edir, fikirlərini bölüşür, müəllimlər kurs yaradır, dərslər tərtib edir və s. İstifadəçi bu portalda belə məzmunu paylaşmaqla həmin məzmun üzərindəki qeyri-müstəsna müəlliflik hüquqlarını, o cümlədən yayım hüququnu bütün dünya üzrə təmin edir. İstifadəçi belə məzmunu paylaşmaq hüququna malik olduğunu da təsdiq edir.

8. Müəllimlik qazancları

Portalda müəllim kimi qeydiyyatdan keçən və ya müəllim kimi təsdiq olunmuş hər bir istifadəçi portalda ona məxsus kurslara aid ümumilikdə məzmun həcmi 4 GB-ı keçməmək şərti ilə istənilən sayda kursu pulsuz yarada və istədiyi qiymətə portalda təqdim edə bilər və bunun üçün ondan komissiya tutulmur. Bu güzəşt 1 iyul 2020-ci il tarixinə qədər yaradılmış kurslara aiddir. Bu güzəştə güzəşt çərçivəsində müəllimə yekun ödənişlərin edilməsi ilə bağlı çəkilən xərclər daxil deyil və həmin xərclər müəllimin satışlardan əldə etdiyi gəlirdən çıxılır, yəni bu xərclər müəllimin hesabına ödənilir. Əlavə olaraq, bu güzəşt hüquqi şəxslər və ya təşkilatlar, yaxud da onlar adından çıxış edən fiziki şəxslər üzrə tətbiq olunmur və bu halda kurs yerləşdirmə şərtləri portal inzibatçısı ilə ayrıca razılaşdırılmalıdır. 

Mobil Tətbiqlər YAXINDA

Hazırda portalın Android və IOS tətbiqləri üzərində işləyirik. Plan il sonuna kimi tətbiqləri yayımlamaqdır.

Bizimlə əlaqə

Telefon: +994 70 711 4489

Email.

© 2020 eSchola.

Setup Menus in Admin Panel