• Səbət boşdur.

Məhsullar haqqında

Portalda təqdim olunan onlayn kurs məhsullarının ümumi təsviri. 

Ayrıca kursların öz səhifələrində xüsusi təsvirləri olur. 

Ümumi

Portalda təqdim olunan məhsullar aşağıda təsvir olunan onlayn kurslardır.

Üçüncü tərəflər – müəllimlər öz kurslarını tərtib edib pullu və ya pulsuz təqdim edə bilirlər. Müəllim kursun məzmununu müəyyən edir və özü uyğun gördüyü kimi yeniləyir. 

Kurs komponentləri

Müəllim müəyyən etdiyi halda kurs komponentləri və ya hissələri tamamlanmamış növbəti komponentlərə keçid mümkün olmur. Kursa aşağıdakı  komponentlər daxildir:

 

Bölmələr sadəcə ümumi başlıq kimi çıxış edir. Bölmələr dərslərdən, tapşırıqlardan və imtahanlardan ibarət olur.

Müəllim dərslərə mətn, video, audio, qrafika və ya digər məlumat daşıyıcıları daxil edə bilər. Bundan əlavə dərslər onlayn görüş və ya konfrans formatında tərtib oluna bilər, yəni müəllimin müəyyən etdiyi vaxtda görüşə qatılmaqla dərsdən istifadə edə bilərsiniz.

Müəllim öyənmə prosesini genişlədirmək üçün kursa tapşırıqlar daxil edə bilər. Verilən tapşırığı tələbənin həll edib müəllimin müəyyən etdiyi formatda portala yükləməsi lazımdır. Tapşırıqlar qiymətləndirilə bilən də ola bilər. Bu zaman verilən qiymət ümumi qiymətləndirmədə nəzərə də alına bilər.

Müəllim kursdakı məlumatların öyrənildiyini yoxlamaq üçün kursa imtahanlar daxil edə bilər. İmtahanda müxtəlif sual tipləri daxil edilə bilər. İmtahanlar müəllimin müəyyən etdiyi qaydada tələbəyə ballar qazandırır. Müəllim müəyyən etdiyi halda kursun bitirilməsi imtahanlarda müəyyən balın keçilməsi halında baş verir.

Kurs qiyməti

Kurs müəllimin müəyyən etdiyi satış qiyməti ilə təqdim olunur.

Sualınız olduğu halda bizimlə əlaqə saxlayın.

This post is also available in: English

© 2020 eSchola.